Rusiya Premyer Liqasından uzaqlaşdırılan “Torpedo”nu əvəzləyəcək komanda məlum olub

Rusiya Premyer Liqasından uzaqlaşdırılan “Torpedo”nu əvəzləyəcək komanda müəyyənləşib.

Komanda.az xəbər verir ki, yeni mövsümdə Moskva təmsilçisini “Orenburq” əvəz edəcək.

Bu barədə Rusiya Futbol Federasiyasının (RFF) İcraiyyə Komitəsi qərar qəbul edib. “Orenburq” ötən mövsüm Premyer Liqanın turnir cədvəlində 15-ci pilləni tutaraq 1-ci liqaya düşmüşdü.

“Torpedo” RFF-nin İntizam Komitəsi tərəfindən hakimlərə rüşvət vermək ittihamı ilə Premyer Liqadan uzaqlaşdırılıb. Klub həmçinin, 5 milyon rubl cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button