Rusiya millisinin yoldaşlıq oyunu baş tutmaya bilər

Qırğızıstanın futbol üzrə milli komandası Bişkekdə təlim-məşq toplanışı keçirəcək.

Təlim-məşq toplanışı 27 sentyabra qədər nəzərdə tutulub.

Komanda.az xəbər verir ki, qırğızların Rusiya yığması ilə nəzərdə tutulan yoldaşlıq oyununun keçirilməsi sual altına düşüb.

“Sport.akipress.org” portalının yaydığı məlumata görə, Qırğızıstan Futbol İttifaqı matçın olub-olmayacağına hələlik qərar verə bilmir. Buna səbəb Qırğızıstanla Tacikistan sərhəddində yaranan qarşıdurmadır. Artıq bir neçə gündür ki, iki ölkənin sərhəddində döyüşlər gedir.

Rusiya və Qırğızıstan millilərinin yoldaşlıq matçı sentyabrın 24-nə nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button