Rusiya millisinin üzvü La Liqa klubunda

Rusiya millisinin və “Lokomotiv”in üzvü Fyodr Smolov karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu “Selta” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Smolov, mövsümün sonuna qədər icarə əsasında “Selta”da çıxış edəcək.

“Selta” yayda forvardın transfer hüquqlarına sahib ola bilər.

Rusiya millisinin heyətində 39 oyun keçirən Smolov, 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button