Rusların azərbaycanlısı menecerliyə başladı
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov menecerliyə başlayıb.
Komanda.az xəbər verir ki, Azərbaycan əsilli keçmiş futbolçu bu barədə yerli mətbuata açıqlamasında deyib. Səmədov menecerliyə başladığını və artıq bir neçə müştərisinin də olduğunu bildirib.
Moskva “Spartak”ının yetirməsi olan Səmədov “Lokomotiv”, “Dinamo”, “Krılya Sovetov” klublarında çıxış edib. O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin