“Azərbaycan, Belarus və Qazaxıstan klublarını çempionatımıza qata bilərik” – Arşavin
Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin yerli mətbuata açıqlama verib.
Komanda.az xəbər verir ki, keçmiş hücumçu, Rusiya futbolunda rəqabəti artırmaq üçün Azərbaycan, Belarus və Qazaxıstan komandalarının Rusiya Premyer Liqasına qatılmalı olduğunu deyib:
“Avropada rəqabətə davamlı olmaq üçün çempionatda güclü rəqiblərə ehtiyacınız var. Belə olan halda futbolçular da bütün yaxşı keyfiyyətlərini göstərə biləcək. Bunun üçün də kiçik ölkələrin birləşməsinə ehtiyac var. Hazırkı vəziyyətdə Rusiya və Ukraynanın birləşməsi əhəmiyyətsizdir. Buna görə də, Azərbaycan, Belarus və Qazaxıstan klublarını çempionatımıza qata bilərik. Bu, çox maraqlı olar. Hər ölkə öz klubunu inkişaf etdirmək üçün pul ayıracaq. Həm də azarkeşlərin də sayı artacaq”.
Bizi Facebook-da izləyin