Rusiya millisinin oyunu ləğv edildi
Rusiya milli komandasının Paraqvayla keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.
Komanda.az xəbər verir ki. bu barədə Rusiya Futbol İttifaqinin rəsmi saytı məlumat yayıb. Oyun dünən “Krokus Siti Holl”da baş verən terror aktı səbəbindən ləğv olunub.
Oyun üçün bilet alan azarkeşlərin pulları tam şəkildə geri qaytarılacaq.
Rusiya – Paraqvay oyunu martın 25-də keçirilməli idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin