Rusiya millisinin kapitanı Premyer Liqa yolunda
“Zenit”in futbolçusu Artyom Dzyuba karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Everton” 30 yaşlı futbolçunu transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, “Everton”un Dzyubanı mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib. “Zenit” tərəfi də forvardı 2,5 milyon avro qarşılığında icarəyə verməyə hazırdır.
Dzyuba cari mövsümdə “Zenit” formasıyla 23 qarşılaşmada iştirak edərək, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Dzyuba Rusiya millisində 32 oyun keçirib. 1,96 metr boya malik forvard, həm də yığmanın kapitanıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin