Rusiya millisində yeni rekordçu

Artyom Dzyuba Rusiya yığmasının heyətində ən çox qol vuran futbolçu adını qazanıb.

Komanda.az xəbər verir ki, o, Rusiya yığmasının Qrenada seçməsi ilə qarşılaşdığı matçda fərqlənməklə millinin heyətində ümumilikdə 31-ci qolunu vurub.

Bunadək Dzyubanın Aleksandr Kerjakovla birlikdə qollarının sayı 30-a bərabər idi.

Kerjakov 92 oyuna 30 dəfə rəqib qapılarına yol tapıbsa, Dzyuba 56 görüş ərzində 31 dəfə fərqlənib.

Ruslar Qrenada ilə görüşdə 5:0 hesablı qələbəyə seviniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button