
Rusiya millisi Asiya ölkələrinin turnirinə dəvət alıb
Rusiya futbol millisi Mərkəzi Asiya Ölkələri Assosiasiyasının təşkil etdiyi turnirdə iştirak etmək üçün dəvət olunub.
Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın “sport24” saytı məlumat yayıb.
Assosiasiyaya üzv olan komandalar bunlardır: Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan. Rusiyadan əlavə, turnirdə daha bir dəvətli milli komandanın iştirak etməsi planlaşdırılır.
Turnirin bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulsa da, Rusiya yığmasının orada iştirakı yüksək ehtimallı deyil. Çünki Rusiya Futbol İttifaqının bu tarixlər üçün iki yoldaşlıq oyunu keçirmək kimi başqa planları var. Həmçinin, Rusiya millisi İran yığması ilə bu turnirdə qarşılaşmaq istəmir, çünki oktyabrda onlarla ayrıca bir oyun keçirməyi planlaşdırır.
Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə səbəbiylə FİFA və UEFA bu ölkənin komandalarının turnirlərdə iştirakına qadağa qoyub.
Bizi Facebook-da izləyin



