Rusiya millisi boş tribunalar qarşısında oynayacaq

İranla Rusiyanın futbol üzrə milli komandalarının yoldaşlıq görüşü azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər ki, İran Futbol Federasiyasının mətbuat xidməti Rusiya millisi ilə yoldaşlıq matçının böyük ehtimalla, azarkeşsiz keçəcəyini təsdiqləyib:

“Hazırda biz bilirik ki, Rusiya və İran milli komandaları arasında görüş tamaşaçısız keçiriləcək. Lakin hələlik rəsmi qərar yoxdur. Ola bilsin ki, plan dəyişsin və oyun azarkeşlərin iştirakı ilə keçirilsin. Bir şeyi deyək: bu yoldaşlıq görüşünə bilet satışı yoxdur, amma bəlkə, gələcəkdə nəsə dəyişəcək”.

İran – Rusiya oyunu martın 23-də, Tehrandakı 78 116 tamaşaçı tutumlu “Azadi” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button