“Azərbaycanlılara bu anı qiymətləndirməyi arzu edirəm”
Rusiya milli komandasının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “moscow-baku.ru” saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, Azərbaycan əsilli keçmiş futbolçu, müsahibəsində Azərbaycanda koronavirus pandemiyasına qarşı görülən tədbirlər haqda da danışıb:
“Bilirəm ki, Azərbaycanda virusun yayılmasına maksimum müqavimət göstərmək üçün bütün tədbirlər görülüb. Azərbaycan da digər ölkələr kimi vəziyyətin öhdəsindən vahid formada gəlir. Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, azərbaycanlılara bu anı qiymətləndirməyi arzu edirəm. Əlbəttə, bu çətin günlərdə böyük səbr və evdə qalmağı arzulayıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin