AÇ-2020: “Bizi lənətləyə bilərsiz və bunu edərkən də haqlısız”
Rusiya milli komandasının futbolçusu Artyom Dzyuba AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Danimarkaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, hücumçu, 1:4 hesabıyla uduzduqları matçı belə şərh edib:
“Bütün ölkəmizdən üzr istəyirik. Belə bir nəticə almamalıydıq. Qələbəni də birlikdə qazanırıq, məğlubiyyəti də birlikdə alırıq.
Bir daha hamıdan üzr istəyirik. Günahkarıq. Bizim turniri tərk etməyimizi istəyənlərə deyirəm, “dadını çıxarın”. Bizi lənətləyə bilərsiz və bunu edərkən də haqlısız. Bizə sona qədər inanan insanlara təşəkkür edirəm”.
Rusiya millisi AÇ-2020-nin B qrupunu 3 xalla sonuncu sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin