
Rusiya mətbuatı: “Qarabağ” gözlənilmədən “Ferentsvaroş”un öhdəsindən gəldi”
Rusiya mətbuatı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün Bakıda “Qarabağ”la “Ferentsvaroş” arasında keçiriləcək cavab oyunu (ilk matç – 3:1) ilə bağlı yazı hazırlayıb.
Komanda.az xəbər verir ki, “Championat” portalı oyun haqda bunu yazıb:
“Qarabağ” pley-off mərhələsinin ilk oyununda gözlənilmədən “Ferentsvaroş”un öhdəsindən gəldi. İndi azərbaycanlılar rəqibi doğma meydanda gözləyir. Bundan əvvəl “Qarabağ” 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi. İndi isə Çempionlar Liqasının yenilənmiş formatında debüt etmək üçün əla fürsət var. “Ferentsvaroş” 2020-ci ildən turnirin əsas mərhələsində çıxış etmir: macarlar ondan yenə yan keçməyə daha çox yaxındır. Lakin Budapeşt təmsilçisinin səfərdə “Qarabağ”a qalib gələcəyini də istisna etmək olmaz. Cütlük arasında intriqa hələ də davam edir”.
Bu gün keçiriləcək oyuna saat 20:45-də start veriləcək.
Bizi Facebook-da izləyin



