Rusiya kubokunun qalibi bilindi

Bu gün futbol üzrə Rusiya kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda paytaxt Moskvanın iki klubu üz-üzə gəlib.

“Spartak” “Dinamo” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda “Spartak” qələbə qazanıb. Bununla da sözügedən klub tarixində 4-cü dəfə ölkə kubokunun qalibi olub.

“Spartak” bu oyundan qalib ayrılmaqla Rusiya superkubokunda çempion “Zenit”lə qarşılaşmaq hüququ qazanıb. Oyun iyulun 9-da keçiriləcək.

Rusiya kuboku, final

29 may

Spartak – Dinamo 2:1
Qol
: Sobolyov, 10. Promes, 72 – Zaxaryan, 55.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button