
Şeydayevin komandası 1-ci divizion təmsilçisinə rəqib oldu
Rusiya kubokunda 2019/20 mövsümü üçün 1/16 final mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” klubunun da rəqibi məlum olub. Moskva təmsilçisi bu mərhələdə Rusiyanın 1-ci divizionunda mübarizə aparan “Luç” komandası ilə qarşılaşacaq.
1/16 final mərhələsinin oyunları 25-26 sentyabrda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin