Rusiya klubunun idarə heyətinin rəhbəri koronavirusa yoluxdu
Rusiyanın “Dinamo” klubunun idarə heyətinin rəhbəri Yuri Solovyov koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hazırda xəstəxanada müalicə alan Solovyov da xəbəri təsdiqləyib:
“Koronavirus diaqnozu qoyuldu, yüksək hərarətim vardı, həkimlər sayəsində indi daha yaxşıyam”.
Solovyov 2019-cu ilin yayından “Dinamo”da idarə heyətinə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin