Rusiya klubunda daha bir azərbaycanlı

Rusiyanın “Ximki” klubuna yeni idman direktoru təyin olunub.

Komanda.az xəbər verir ki, bu vəzifəyə Anar Məmmədov təyin edilib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azərbaycanlı futbol funksionerinin daha əvvəl klubun seleksiya şöbəsində çalışdığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Ximki”də daha öncə azərbaycanlı məşqçi Nazim Süleymanov U-19 komandasının baş məşqçisi təyin olunmuşdu. “Ximki”nin əsas komandasında isə azərbaycanlı futbolçu Ayaz Quliyev forma geyinir.

“Ximki” 10 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button