Rusiya klubuna 18 yaşlı prezident təyin edilib

Rusiyanın “Axmat” klubu Axmat Kadırovun klubun prezidenti vəzifəsinə təyin olunduğunu elan edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib:

“Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri Axmat Kadırov “Axmat” futbol klubunun yeni prezidenti təyin edilib. Əminik ki, yeni prezidentin rəhbərliyi altında komanda yeni nailiyyətlər, qələbələr və yaxşı nəticələr yaşayacaq”.

18 yaşlı Axmat Kadırov Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğludur.

Bu gün Maqomed Daudovun “Axmat”ın prezidenti postunu tərk etdiyi açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button