Rusiya klubu “Sabah”ın baş məşqçisi ilə maraqlanır
Rusiyanın “Alaniya” klubu baş məşqçi axtarışına çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Alaniya” “Sabah”ın çalışdırıcısı Murad Musayevlə maraqlanır. Hazırda klub 40 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırır. Amma danışıqların baş tutub-tutmaması haqda heç bir məlumat yoxdur.
Onların digər namizədi isə “Akron”un keçmiş baş məşqçisi Yevgeni Kaleşindir.
“Alaniya” birinci liqada 6-cı pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin