Rusiya klubu “Qalatasaray”ın futbolçusuna müqavilə təklif edib?

Moskva “Spartak”ı Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Kərəm Aktürkoğluna müqavilə təklif etməyib.

Komanda.az “Metaratigs”-ə istinadən xəbər verir ki, “Spartak” tərəfi futbolçunun transferi ilə bağlı rəsmi təkliflə çıxış etmədiyini bildirib.

“Spartak”ın klubdakı gələcəyi sual altında olan cinah oyunçusu Kvinsi Promesə əvəzedici axtarışında olduğu barədə daha əvvəl məlumat yayılmışdı. Onlar bununla bağlı diqqətlərini “Qalatasaray”ın futbolçusu Aktürkoğluna yönəldiblər. Qeyd olunur ki, moskvalılar futbolçunun mümkün transferi üçün Türkiyə klubuna rəsmi təklif verib. Bu təklif “çox böyük” hesab olunur. Həmçinin, bildirilirdi ki, “Spartak” Aktürkoğlunun özünə şərtləri onun hazırkı maaşından bir neçə dəfə artıq olan müqavilə təklif edib.

Aktürkoğlunun “Qalatasaray”la 2026-cı ilin iyununa qədər olan müqaviləsi var. O, bu mövsüm 45 matçda iştirak edib, 14 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button