
Rusiya klubu “Neftçi”ni gözləyir
“Zenit”in baş direktoru Aleksandr Medvedev klubun Sankt-Peterburqda üç xarici komandanın iştirakı ilə mövsümöncəsi yay turniri keçirmək planlarından danışıb.
Komanda.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən klub rəsmisi, “Neftçi”nin bu turnirdə iştirakının mümkün olduğunu deyib:
“İyulda biz “Fənərbaxça”, “Srvena Zvezda” və “Neftçi”ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik”.
Turnirin konkret tarixi yaxın vaxtlarda açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin