Rusiya klubu legionerləri ilə müqaviləni dayandırdı

Rusiyanın “Krasnodar” klubu legioner futbolçuları ilə müqaviləni dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə Kuban təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella komandanın düşərgəsini tərk ediblər. Onlar sözləşmələri qüvvədə olduğu müddətdə fərdi qaydada məşq edəcəklər.

Xatırladaq ki, “Krasnodar” ötən gün almaniyalı baş məşqçisi Daniel Farke ilə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button