
Rusiya KİV-i: Çerçesova Azərbaycan millisinin baş məşqçi postu təklif ediləcək
AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.
Bildirilir ki, qurumun yeni rəhbərliyi rusiyalı mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. 60 yaşlı çalışdırıcı bu posta əsas namizəd hesab olunur.
Stanislav Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan ayrıldıqdan bəri işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin