Rusiya Futbol İttifaqının prezidenti sanksiya ilə üzləşdi

Böyük Britaniya hakimiyyəti Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukova sanksiya tətbiq edib.

Komanda.az xəbər verir ki, federasiya rəhbər ilə yanaşı, təşkilatın qəyyumlar şurasının üzvü Leonid Mixelson da sanksiyaya məruz qalıb.

Siyahıya həmçinin Moskva “Lokomotiv”inin müdafiəçisi, “Soçi” klubunun prezidenti Boris Rotenberqin oğlu Boris Rotenberq də salınıb.

Xatırladaq ki, Aleksandr Dyukov 2019-cu ildən Rusiya Futbol İttifaqına rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button