Rusiya dünya idmanına neçə ildən sonra qayıdacaq? – Deputatın iddiası

Rusiya Ukraynaya hücum etdikdən sonra bu ölkənin idman sferası sanksiyalara məruz qaldı. Rusiya klubları, yığmaları, idmançıları bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı. İlk vaxtlar rusiyalılar elə hesab edirdilər ki, bu sanksiyalar qısamüddətlidir. Artıq rusların bu ümidi də puç olub.

Komanda.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Roman Teryuşkov televiziya çıxışında bildirib ki, yaxın illərdə dünya idmanına qayıtmağı gözləməyə dəyməz:

“Nəyəsə ümid etməyək. Bizə hansısa İdman Arbitraj Məhkəməsi kömək olmayacaq. Rusiya yaxın 10-15 ildə dünya idmanına qayıtmayacaq”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button