“Rusiya dünya futbolu üçün çox şey edib” – rusiyalı nazir
Rusiyanın idman naziri Oleq Matıtsin FİFA və UEFA-nın bu ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə, o cümlədən dünya çempionatında iştirakına icazə verməmək haqda qərarına növbəti dəfə münasibət bildirib.
Komanda.az xəbər verir ki, nazir, “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın dünya futbolu üçün çox şey etdiyini deyib:
“Mən tam əminəm ki, Rusiyada təqvimə yenidən baxılacaq. Görək futbolumuzda hansı resurslar var. Düşünmürəm ki, bizim futbolda əyləncə azalacaq, əksinə, yeni istedadlar tapmaq imkanı olacaq.
Rusiya dünya futbolu, o cümlədən, dünya çempionatı və avrokuboklar üçün çox şey edib.
FİFA prezidenti Canni İnfantinonun ölkəmizə hansı maraqla baxdığını bilirəm”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin