Rusiya çempionatında iştirak edə bilər – İşğal olunan Krımın komandaları

Rusiyanın Ukraynadan qoparıb işğal etdiyi Krımdakı futbol komandaları Rusiya çempionatında iştirak edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə TASS agentliyinə Krımda yaradılan qondarma respublikanın idman nazirinin müavini Şerif Osmanov danışıb:

“Biz özümüz də bunu (krımlı futbolçuların Rusiya liqalarında çıxışının başlamasını) çox səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu, çox yaxın gələcəkdə baş verəcək. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır. Prinsipcə, futbol infrastrukturu hazırdır. Krımda futbol üzrə əsas turnirlərdə iştirak etməyə hazır olan səkkiz peşəkar klub var. Biz böyük turnirləri çoxdan buraxmışıq”.

Osmanov ümid etdiyini bildirib ki, Krım klubları əvvəlcə ikinci liqaya çıxacaq, daha sonra birinci liqaya yüksələcək və bir müddət sonra azarkeşlər Krımın futbol komandalarını Rusiya Premyer Liqasında görə biləcəklər.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button