Rus dili FİFA-nın rəsmi dillərindən biri oldu
Rus dili FİFA-nın altı rəsmi dilindən biri seçilib.
Komanda.az xəbər verir ki, bu qərar FİFA-nın Qətərin paytaxtı Dohada keçirilən 72-ci konqresində qəbul edilib.
Federasiyalardan 187-si qərarın lehinə, 4-ü isə əleyhinə səs verib. Rus dili ilə yanaşı, portuqal və ərəb dilləri də rəsmi dil kimi qəbul edilib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin