
Runinin oğlu “Mançester Yunayted”ə dəvət alıb
İngiltərə futbolunun tanınmış siması Ueyn Runinin oğlu Kayi Runi atasının yolu ilə gedir və çox güman ki, o da Premyer Liqada gənc yaşda debüt edən futbolçular siyahısına düşə bilər.
Ueyn Runi 16 yaşında “Everton”un heyətində debüt etmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı Kayi Runi artıq “Mançester Yunayted”in U-19-na dəvət alıb və bu komandaya yaxın günlərdə Xorvatiyada keçiriləcək turnirdə qoşulacaq.
Maraqlıdır ki, o, əvvəllər atasının keçmiş klubu “Everton”a rəğbət bəslədiyini bildirmişdi. Ancaq 2000-ci illərin əvvəllərində olduğu kimi, bu gün də “Mançester Yunayted”də çıxış etmək daha prestijli hesab olunur.
İngiltərə Premyer Liqasının yeni mövsümü artıq gələn həftə start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin