Runi yenidən İngiltərədə: Oynayan-məşqçi olacaq

ABŞ-ın “DC Yunayted” klubunun futbolçusu Ueyn Runi karyerasını yenidən İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu Çempionşipdə çıxış edən “Derbi Kaunti” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Runinin Fillip Kokunun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacağı və oynayan məşqçi olacağı bildirilir. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, ötən ilin mayında “DC Yunayted”ə keçən Runinin bu klubla 2021-ci ilə qədər müqaviləsi vardı. O, ötən mövsüm MLS-də 25 oyuna çıxıb, 13 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə millisinin sabiq üzvü karyerası ərzində vətənində “Mançester Yunayted” və “Everton”nun formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button