Runinin Premyer Liqanın çempionu kimi gördüyü komanda

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Premyer Liqada yeni mövsümün əsas favoritini açıqlayıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, onun seçimi hazırkı çempion “Liverpul” olub:

“Fikrimcə, mövsümün favorit komandası “Liverpul” olacaq. Komandaya Aleksander İsak da qoşulsa, onları saxlamaq çox çətin olacaq”.

İngiltərə Premyer Liqasının ilk turunda Arne Slotun rəhbərlik etdiyi “Liverpul” doğma meydanda “Bornmut”u qəbul edib və 4:2 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button