Runi “Turan Tovuz”un tarixinə düşdü

“Turan” Azərbaycan Premyer Liqasının 33-cü turunda “Neftçi”ni qəbul edib (4:0).

Komanda.az xəbər verir ki, həmin matçda Tovuz təmsilçisi ilk böyükhesablı qələbəsini qazanıb. Eyni zamanda, meydan sahibləri ilk dəfə bir matçda 4 qol vurub.

Adıçəkilən qarşılaşmada 3 qola imza atan Runi Eva “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trik müəllifi kimi düşüb. Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunlu futbolçudur.

O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə 3 qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.

Cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər bunu Emin Mahmudov bacarıb. “Ağ-qaralar”ın üzvü “Səbail”lə 15-ci turun qarşılaşmasında het-trik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button