
Runi: “Ten Haq fantastik məşqçidir”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Mançester klubunun baş məşqçisi Erik Ten Haq haqqında fikirlərini bölüşüb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu Ten Haqın fantastik məşqçi olduğunu düşünür:
“Düşünürəm ki, Ten Haq fantastik məşqçidir. O, işlədiyi bütün klublarda, o cümlədən “Mançester Yunayted”də kuboklar qazanıb. Amma indi Ten haq çətin dövr yaşayır. İstəyirəm ki, o, hər şeyi dəyişə bilsin. Məşqçilər tez-tez işlərini itirirlər, sonra isə komandanı başqa mütəxəssislə yenidən qurmalı olurlar”.
“Qırmızı şeytanlar” niderlandlı çalışdırıcının rəhbərliyi altında İngiltərə kubokunu və Liqa kubokunu qazanıb. Komanda Premyer Liqanın cari mövsümünün 7 turundan sonra 14-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin