“Qvardiola öz dövrünün ən yaxşısıdır, amma…” – Runi

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın keçmiş çalışdırıcısı Aleks Ferqyusonu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə müqayisə edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, Qvardiolanın futbolda inqilab etdiyini bildirib:

“Düşünürəm ki, Qvardiola öz dövrünün ən yaxşısıdır. O, futbolda inqilab etdi. Bununla belə, mənim üçün Ferqyuson ən yaxşısı olaraq qalır. Onun əldə etdikləri inanılmazdır”.

Ferqyuson 1986-2013-cü illərdə Mançester komandasının baş məşqçisi olub. Şotlandiyalı çalışdırıcının rəhbərliyi altında komanda 13 dəfə İngiltərə çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button