Runi Tuxelin milliyə baş məşqçi seçilməsinə təəccüblənib

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runi yığmanın yeni baş məşqçisi Tomas Tuxelin təyinatına münasibət bildirib.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Tuxelin çox yaxşı məşqçi olduğunu söyləyib:

“Mən təəccüblənirəm. Tuxel çox yaxşı məşqçidir, amma İngiltərə Futbol Assosiasiyasının onu işə götürməsinə təəccüblənirəm. Ona ən yaxşısını arzulayıram və ümid edirəm ki, hər şey onun üçün əla olacaq. İngiltərə Futbol Assosiasiyası son 10-15 ildə gənc məşqçilər üçün əla platforma yaradıb, ona görə də, bu mütəxəssislərdən birini seçmədiklərinə təəccüblənirəm”.

Hazırda İngiltərə millisini müvəqqəti olaraq Li Karsli çalışdırır. Tuxel 2025-ci ilin əvvəlində vəzifəsinə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button