Runi: “Mançester Yunayted”in futbolçularının çoxu yorğundur”

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi hazırda İngiltərə klubunda çıxış edən futbolçulardan danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, komandanın oyunçularının gözləntiləri doğrultmadığını söyləyib:

“Klubda əla oyunçular var, lakin onların çıxışı gözləntiləri doğrultmur. Qarşıda İngiltərə kubokunun finalı, daha sonra isə AÇ-2024 var. Onların çoxu yorğundur və buna görə də mübarizədən uzaq qalmaq və yalnız kubokun finalı haqda düşünmək istəyirlər. Mən bunu bilirəm, bunu uzun illərdir müşahidə edirəm”.

“Mançester Yunayted” Premyer Liqada uğursuz mövsüm keçirir. Komanda turnir cədvəlində səkkizinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button