Runi məşqçilik karyerasını bitirib?

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi məşqçiliyə qayıdıb-qayıtmayacağı ilə bağlı suala cavab verib.

Komanda.az “TalkSPORT”-a istinadən xəbər verir ki, o, hazırda sadəcə televiziyada işlədiyini bildirib:

“Hazırda sadəcə televiziyada işləyirəm. Məşğul olduğum iş budur. Mənə xoş gəlir və görünür ki, hələlik bununla kifayətlənəcəm”.

Futbolçu karyerasını başa vurduqdan sonra, 2019-cu ildə “Derbi Kaunti”nin məşqçilər heyətinə qoşulan Runi qısa müddət sonra klubun baş məşqçisinə çevrilmişdi. Ardınca o, ABŞ-ın “Di Si Yunayted”, daha sonra isə İngiltərənin “Birmingem Siti” və “Plimut Arqayl” komandalarına rəhbərlik edib.

Runinin məşqçi olaraq sonuncu işi 2025-ci ilin yanvarında başa çatıb. O, hazırda Böyük Britaniya televiziyalarında futbol eksperti və analitik kimi fəaliyyət göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button