“Son bir neçə ildə məşqçi olmaq istədiyimi bildirmişəm” – Runi

İngiltərənin “Derbi Kaunti” klubunda oynayan-məşqçi olan Ueyn Runi gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Runi, klubda daimi baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini bidirib:

“Bu işi istəmədiyimi desəydim, istəkli biri olmazdım. Hamımız bura futbol oynamağa gəlirik, sonra isə gələcəyimizlə bağlı qərar veririk. Son bir neçə ildə məşqçi olmaq istədiyimi bildirmişəm. Xüsusilə də, Frenk Lempard, Stiven Cerrard kimi məşqçilərin işini gördükdə, bu qərarımın üzərində dayanıram. Hər ikisi öz işlərində yaxşı irəliləyirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button