Runi: “İngiltərə AÇ-2024-ü qazana bilər”

Keçmiş futbolçu Ueyn Runi İngiltərə millisinin Avropa çempionu olmaq şanslarından danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş hücumçusu artıq rəqiblərin ingilislərdən qorxduqlarını bildirib:

“İngiltərə AÇ-2024-ü qazana bilər. Düşünürəm ki, digər komandalar hazırda İngiltərəyə qarşı bir az ehtiyatlı olmağa başlayıb. Əvvəlki turnirlərdə rəqiblər İngiltərə yığmasının yaxşı olduğunu görmüşdülər, amma heç vaxt belə qorxu olmamışdı. İndi rəqiblərdə İngiltərə millisi ilə bağlı qorxu var”.

İngiltərə millisinin 2024-cü il Avropa çempionatının qrup mərhələsindəki rəqibləri Serbiya, Danimarka və Sloveniya olacaq. Almaniyadakı turnir iyunun 14-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button