“Liverpul” “Everton”un təzyiqindən şoka düşdü” – Runi

“Everton”un sabiq futbolçusu Ueyn Runi keçmiş komandasının Premyer Liqanın 29-cu turunda “Liverpul” üzərində qazandığı qələbəni (2:0) şərh edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Liverpul”un “Everton”un təzyiqindən şoka düşdüyünü bildirib:

“Bu, heyranedicidir. “Liverpul” “Everton”un təzyiqindən şoka düşdü. “Everton”un daha çox qalib gəlmək istədiyi aydın idi”.

“Liverpul” 74 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci yerdədir. Yurgen Kloppun komandası lider “Arsenal”a (77) yetişmək fürsətini əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button