Runi: “Bir gün “Mançester Yunayted”ə rəhbərlik etmək istəyirəm”
“Plimut”un baş məşqçisi Ueyn Runi harada işləmək istədiyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş hücumçusu işləmək istədiyi iki komandanın adını çəkib:
“Mənim arzum aydındır. Mən həmişə demişəm ki, bir gün “Everton” və ya “Mançester Yunayted”ə rəhbərlik etmək istəyirəm”.
Runi mayın 25-də Çempionşipdə mübarizə aparan “Plimut”un baş məşqçisi təyin edilib.
Runinin son iş yeri 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına kimi çalışdığı “Birmingem” olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin