
Runinin ən çox sevdiyi hücumçu
“Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runi ən çox sevdiyi hücumçunun adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oynamaqdan həzz aldığı futbolçunun Karlos Teves olduğunu deyib:
“Hücum edən oyunçu kimi ən çox oynamaqdan həzz aldığım Karlos Teves idi. İkimiz də əvvəldən bir-birimizi çox yaxşı tamamlayırdıq. Topu itirsək, mövqeləri dəyişə və iki öküz kimi görünə bilərdik”.
Teves və Runi 2007-2009-cu illərdə “Mançester Yunayted”də birgə çıxış ediblər. 38 yaşlı argentinalı 2022-ci ildə karyerasını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin