Rumınlar “Qarabağ”ı qorxulu rəqib kimi göstərdi
Rumıniya mətbuatı ölkə çempionu FCSB-nin Çempionlar Liqasında rəqibləri haqqında yazısında “Qarabağ”a da toxunub.
Komanda.az xəbər verir ki, “Digi Sport” nəşrinin hazırladığı siyahıda Ağdam klubu arzuolunmaz rəqib kimi göstərilib.
Buxarest təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsini keçsə, 2-ci turda “Qarabağ”a rəqib ola bilər.
Rumınlar paytaxt klubunun təsnifat mərhələləri və pley-offdakı ən çətin hesab etdikləri rəqiblərdən ibarət “qorxulu siyahı” hazırlayıb. Bu siyahıda “Qarabağ”la yanaşı, “Ordabası”, “Slaviya” və “Qalatasaray” da yer alıb.
“Qorxulu siyahı”
1-ci tur: “Ordabası” (Qazaxıstan)
2-ci tur: “Qarabağ” (Azərbaycan)
3-cü tur: “Slaviya” (Praqa, Çexiya)
Pley-off: “Qalatasaray” (Türkiyə)
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 9-10 iyul və 16-17 iyul, 2-ci mərhələnin matçları isə 23-24 iyul və 30-31 iyulda keçiriləcək.
Bizi Facebook-da izləyin