AFFA-nın milliləşdirmək istədiyi futbolçu klubsuz qaldı
Rumıniyanın “Universitatya” klubu futbolçusu Sezar Meza Kolli ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə Rumıniyanın “prosport.ru” saytı məlumat yayıb.
Meza Kolli 2018-ci ilin avqustundan “Universitatya”da çıxış edirdi. 28 yaşlı futbolçu son mövsümü icarə əsasında “Keşlə”də keçirib.
AFFA daha əvvəl “Zirə” və “Keşlə” komandalarında forma geyinən Sezarı milliləşdirmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin