“Rumıniyalı Mbappe” “Çelsi”, MS və PSJ-nin hədəfində
Rumıniyanın “Styaua” komandasının futbolçusu Florinel Koman Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az xəbər verir ki, “Çelsi”, “Mançester Siti” və PSJ 21 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Klubların artıq Buxarest təmsilçisi ilə ilkin danışıqlara başladığı bildirilir.
PSJ-nin futbolçusu Kilian Mbappe ilə müqayisə edilən Koman, 21 yaşadək futbolçulardan ibarət Rumıniya milli komandasının da formasını geyinir.
Bu mövsüm “Styaua” ilə 19 oyuna çıxan hücumçu, 8 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin