“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi istefaya göndərildi
Rumıniyanın “Dinamo” (Buxarest) klubu baş məşqçisi Mirça Redniklə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rednik komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib.
Rednik 2010/2011 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”ı çalışdırıb. O, bu komanda ilə ölkə kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin