Rumıniyalı məşqçi: “Turan Tovuz”la oyunda hansısa aqressivlik, kobudluq olmadı”
Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Nikolae Konstantin “Turan Tovuz”la keçirilən yoxlama oyunu barədə danışıb.
Komanda.az xəbər verir ki, o, Türkiyədəki təlim-məşq toplanışında baş tutan matçda 3:2 hesablı qələbə qazanmalarına baxmayaraq, iki futbolçuları zədələndiyi üçün məyus olduğunu deyib:
“Azərbaycan klubu ilə sakit matç oldu, aqressiya həddini aşmadı. Əlbəttə ki, futbolçularımızın zədələnməsinə görə narahatam. Amma adi sınaq matçı idi, hansısa aqressivlik və ya kobudluq olmadı”.
“Turan Tovuz” Antalyada növbəti yoxlama oyununu yanvarın 13-də İsveçrə təmsilçisi “Aarau”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin