Rumıniyadan 5 medalla qayıdırlar
Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci “Irina Deleanu Cup” beynəlxalq turnirinə yekun vurulub.
Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.
Komandanın digər üzvləri – Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü yerə layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin