
Rumıniya – Ukrayna matçının ən yaxşısı bilindi
AÇ-2024-ün 1-ci turunda bu gün keçirilən Rumıniya – Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rumıniya millisinin kapitanı Nikolae Stançu qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
O, bu görüşdə komandasının ilk qolunun müəllifi olub.
Oyun Rumıniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin