Rumıniya millisinin üzvü rəsmən “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu rumıniyalı yarımmüdafiəçi Aleksandr Çikaldaunun transferini bitirib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Universitatya Krayova” klubundan transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçidə görə Rumıniya klubuna 6.5 milyon avro ödəyib. Çikaldaunu 2026-cı ilin yayından tez transfer etmək istəyən klub buna görə “Qalatasaray”a 25 milyon avro ödəməlidir.

Rumıniya yığmasının da üzvü olan Çikaldau, 2018-ci ildən “Universitatya Krayova”nın uğurları üçün çalışırdı. 24 yaşlı futbolçu daha öncə “Vitorul Konstanta” komandasında da forma geyinib. O, millidə keçirdiyi 14 oyunda 2 qola imza atıb.